Marketdən alınan çörəyin içindən həşərat çıxdı:Şirkət rəhbəri üzr istədi
Marketdən alınan çörəyin içindən həşərat çıxıb.AzFakt.com oxu.az-a istinadla xəbər verir ki, bununla bağlı sosial şəbəkədə şikayət paylaşılıb.Şikayətçi qeyd edib ki, çörəyi doğrayan övladı gözlənilməz mənzərə ilə rastlaşıb. "Uşaq çörəyin içindən çıxan həşəratı görüb iyrəndi. Bütün bədəni bir anda səpdi",- deyə qeyd edib.Məsələ ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) sorğu ünvanladıq.Qurumun Mətbuat Xidmətindən bildirilib ki, fakt araşdırılacaq."Sosial şəbəkələrdə yayılan görüntülər Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən nəzarətə götürüləcək və qanunvericiliyə uyğun olaraq araşdırılacaq. Araşdırmaların nəticəsi barədə ətraflı məlumat veriləcək. İstehlakçılardan xahiş edirik ki, qida sahəsində hər hansı bir uyğunsuzluqla rastlaşdıqda araşdırılıb müvafiq tədbirlərin görülməsi üçün mütləq şəkildə AQTA-nın "1003" qaynar xəttinə məlumat versinlər"- deyə açıqlamada bildirilir.Qeyd edək ki, ölkəmizdə qida təhlükəsizliyi məsələləri həmişə yüksək prioritet daşıyıb. Dövlət qurumları tərəfindən mütəmadi olaraq qida istehsalı və satışı müəssisələrində monitorinqlər aparılır, aşkarlanan qanun pozuntuları və çatışmazlıqlarla bağlı ciddi tədbirlər görülür. Buna baxmayaraq, bəzən bu cür xoşagəlməz hallarla da üzləşmək mümkündür."İstehsal etdiyimiz çörəyin içindən çıxan həşərata görə, hər kəsdən üzr istəyirik".Məsələ ilə bağlı "Qarabağ" ASC-nin direktoru Məhəmməd İbadov oxu.az-a açıqlamasında istehsal etdikləri çörəyin içindən çıxan həşərata görə, hər kəsdən üzr istəyib."Çörəyin içindən çıxan həşərata görə, hər kəsdən üzr istəyirik. İstehsal sahəsində bəzən belə xətalar olur. Olmamalıdır, amma olub. Hazırda məsələni araşdırırıq. İşində məsuliyyətsizliyə yol verən əməkdaşla bağlı müvafiq tədbir görüləcək", - deyə M. İbadov vurğulayıb.
Xəbərin oxunma sayı :
160
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta