Daşkənddəki 188 saylı məktəbdə rus dili dərsində şagirdi döyən müəllim ertəsi gün başqa təhsil ocağında qalmaqal yaradıb.
Bu barədə sentyabrın 26-da Telegram kanalında Uşaq Ombudsmanı Sürəyyo Rəhmonovanın mətbuat xidməti məlumat yayıb.
Nəşr bildirir ki, hadisə sentyabrın 24-də 204 saylı məktəbdə baş verib.Qadın qızının oxuduğu müəssisəyə gəlib. Orada müəllimi döyüb, hüquq-mühafizə orqanlarının əməkdaşlarına da müqavimət göstərib. Nəticədə qadına cərimə kəsilib və 7 sutka həbs edilib.
Bundan əvvəl mediada müəllimin dərsdə şagirdi döyməsi ilə bağlı video yayılıb. Hadisə oğlanın özbək dilindən rus dilinə keçməsini istəməsindən sonra baş verib. Zərərçəkənin valideynləri polisə şikayət edib. Hazırda 188 saylı məktəbdə uşağın döyülməsi ilə bağlı istintaq davam edir.
QAZİLER.AZ