AZ

"Ukraynaya Rusiyanın dərinliklərinə zərbələr endirməyə icazə veriləcək" - Devid Lemmi

 
"İndi Qərbin öz cəsarətini və Ukraynaya mütləq sədaqətini nümayiş etdirməli olduğu məqamdır..."
 
Ukrayna qış mövsümü başlayanadək Rusiya ərazisinin dərinliklərinə zərbələr endirilməsinə icazə əldə edə bilər.
 
Moderator.az xəbər verir ki, bu barədə Böyük Britaniya xarici işlər naziri Devid Lemmi "golosameriki.com" nəşrinə müsahibəsində bəyan edib.
 
Britaniya kəşfiyyatının məlumatlarına görə, artıq növbəti ildə vəziyyət Rusiya diktatoru Vladimir Putin üçün xeyli çətin olacaq, Lemmi əlavə edib.
 
Rusiya iqtisadiyyatı pis vəziyyətdədir. Həm də Kreml rəhbəri üçün "məruz qaldığı böyük sayda itkilər və qurbanların öhdəsindən gəlmək çox çətin olacaq".
 
Bu zaman Lemmi Ukraynanın müharibədə uğurlarını qeyd edib. "Ukrayna zəbt edilən torpaqlarını yarısını geri qaytarmağa nail olub. Ukrayna Putini Qara dənizdən sıxışdırıb çıxarmağa nail olub.
 
O, Kursk vilayətinə hücum edib və ümid edirəm ki, bu mövqelərini qoruyub saxlayacaq. Əslində indi, payızdan qış mövsümünə keçəcəyimiz zaman, Qərbin öz cəsarətini və mütləq sədaqətini nümayiş etdirməli olduğu məqamdır", - nazir qeyd edib.
 
Rusiyaya zərbələr - bunları bilmək vacibdir
 
Ukrayna Silahlı Qüvvələrinə Rusiyaya Qərb silahları ilə zərbələr endirməyin qadağan edilməsi ABŞ və Avropa tərəfindən dəstəklənir. 
 
"The Washington Post" nəşri yazıb ki, bu məsələnin Vaşinqtonda müzakirə edilməsi ABŞ-ın Avropadakı tərəfdaşları arasında çaşqınlıq doğurub, bəziləri Rusiyanın dərinliklərinə zərbələrə açıq dəstək verdiyini bəyan edib.
 
Bu arada isə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq direktoru, istefada olan general Devid Petreus hesab edir ki, bu addım müharibənin dinamikasını dəqiq dəyişə bilər.
 
Lakin o, özünü doğrulda bilməyəcək gözləntilərin yaradılmaması üçün ehtiyatlı olmağa çağırış edib.
Seçilən
56
50
moderator.az

10Mənbələr