27 Sentyabr – Anım Günü ilə əlaqədar sentyabrın 27-də Milli Məclisin sədri və deputatlar və hökümət rəsmləri Bakıda inşası davam etdirilən Zəfər parkında olublar.
XALQ.AZ-ın məlumata verir ki, millət vəkilləri xatirə daşının önünə gül dəstələri düzərək şəhidlərin əziz xatirəsini ehtiramla anıblar.
Qeyd edək ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən, Vətən müharibəsinin başladığı gün – 27 sentyabr Anım Günü kimi qeyd edilir. Anım Günündə Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları Vətənimiz uğrunda canlarından keçən şəhidlərimizin xatirəsini dərin ehtiramla anır.