Rusiyada havada olan 3 sərnişin təyyarəsi partladılma ilə bağlı siqnallar alıb. Bu barədə "Aviatorschina” Telegram kanalı məlumat yayıb.
Bu barədə ilk məlumatı Sankt-Peterburqdan Vladiqafqaz hava limanına enən Pobeda Hava Yollarına məxsus Boeing 737 -nin ekipajı verib.
Daha sonra Ufadan Mineralnıye Vodıya uçan Azimut pilotları, eləcə də Moskvadan Antalyaya uçan Aeroflot Boeing 777 - nin ekipajı eyni şeyi bildirdilər .
Bütün təyyarələr təyinat aerodromlarına təhlükəsiz eniş ediblər.
www.anews.az