AZ

Sumqayıtda DƏHŞƏT: 12 yaşlı qız 8-ci mərtəbədən yıxıldı, vəziyyəti ağırdır

Sumqayıtda 12 yaşlı qız 8-ci mərtəbədən yıxılıb.

Hadisə şəhərin 10-cu mikrorayonunda qeydə alınıb.

2012-ci il təvəllüdlü Kiçikxanım Burcəliyeva ehtiyatsızlıq nəticəsində yaşadığı 9 mərtəbəli binanın 8-ci mərtəbəsindən yıxılıb.

Yaralı Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Vəziyyəti ağırdır.

Hadisənin səbəbi araşdırılır./Report

Seçilən
69
50
musavat.com

10Mənbələr