Xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində dünya təşkilatının Baş katibi Antonio Quterreşlə görüşüb.
“Far.Az”un ABŞ bürosu xəbər verir ki, görüşdə C.Bayramov BMT-nin xatirə dəftərini imzalayıb.
Görüşdə Azərbaycanın COP29-sədirliyinə hazırlığı barəsində müzakirələr aparılıb və bir sıra maraq doğuran məsələlər müzakirə olunub.