AZ

İsrail Nəsrullahı öldürəcəyini ABŞ-a son anda bildirib

İsrail Hizbullah Hərəkatının lideri Həsən Nəsrullaha zərbə endirmək niyyətləri barədə ABŞ-a son anda məlumat verib.

OXU24.COM xəbər verir ki, bu barədə xarici KİV-lərin yaydığı məlumata görə, ABŞ İsrail təyyarələri aviazərbə üçün artıq havada olarkən və əməliyyat başlayarkən məlumatlandırılıb.

İsrail müdafiə naziri Yoav Qallant əməliyyata start verildikdən sonra ABŞ-ın müdafiə naziri Lloyd Ostin ilə telefon danışığı aparıb. Məlumata görə, Pentaqonun rəhbəri Lloyd Ostin buna olduqca qəzəblənib.

Seçilən
22
2
oxu24.com

10Mənbələr