ABŞ prezidenti olmaq üçün keçmiş Amerika lideri Barak Obama Klintonların və digər zəngin insanların dəstəyini almalı idi.
Publika.az xəbər verir ki, bu sözləri sabiq prezidentin ögey qardaşı Malik Obama RT-yə bildirib.
Malik Obamanın sözlərinə görə, Barak “təvazökar və mehriban” idi. “Amma o, hakimiyyətə gələndə özünü müəyyən tərzdə aparmalı oldu”, - deyə Obama əlavə edib.
“Düşünmürəm ki, o onlara yox deyə bilər, çünki bu insanlar onu dəstəkləyənlərdir və o, onların qaydaları ilə oynamaq məcburiyyətində idi”, - Malik Obama qeyd edib.