Livan mənbələrinin məlumatına görə, Hizbullahın rabitə mühəndisi və təşkilatın media və maliyyə direktoru Hüseyn əl-Başa məxfi sənədlər, həssas xəritələr və beş milyon dollarla birlikdə İsrailə qaçıb.
Musavat.com bu barədə Günaz TV-yə istinadən bildirir. Livan televiziyası xəbər verir ki, əl-Başa həmçinin İranın İnqilab Keşikçiləri Korpusu ilə bağlı məxfi sənədləri də özü ilə aparıb.
Əldə edilən məlumatlara əsasən, əl-Başanın qaçışı Hizbullah və İran üçün ciddi təhlükəsizlik boşluğu kimi qiymətləndirilir. Onun İsrailə qaçması, təşkilatın və İranın strateji planlarına dair kritik məlumatların üzə çıxma riskini artırır.
Hüseyn əl-Başa Hizbullah daxilində əsas fiqur kimi tanınırdı və təşkilatın maliyyə işlərində, eləcə də əlaqələrində mühüm rol oynayırdı. Hələlik Hizbullah və İran rəsmiləri bu hadisə ilə bağlı rəsmi açıqlama verməyiblər.
Musavat.com