Klubların növbəti reytinq cədvəli müəyyənləşib.
Sportnet.az xəbər verir ki, dünyanın bütün liqalarında çıxış edən 13 min 249 klubun mövqeyi yenilənib.
Misli Premyer Liqasının iştirakçılarının da yerlərində dəyişiklik olub. Ən reytinqli klubumuz olan “Qarabağ” dünya sıralamasında 135-cidir. Ağdam təmsilçisində 7 pilləlik geriləmə müşahidə olunub. Qurban Qurbanovun yetirmələrinin aktivində 81,9 xal var.
Azərbaycan klubları arasında ən böyük geriləmə “Səbail”də yaşanıb. Qəsəbə komandası 172 komandanı özündən irəli buraxıb. Ümumilikdə çempionatımızın iştirakçılarından 7-si reytinqə geriləyib. Yalnız “Zirə”, “Sabah” və “Araz-Naxçıvan” irəliləyişə nail olublar.
Azərbaycan klublarının dünya reytinqindəki mövqeyi:
135 (-7). “Qarabağ” – 81,9 xal
476 (+22). “Zirə” – 75,5
537 (+38). “Sabah” – 74,5
853 (-8). “Turan Tovuz” – 71,6
856 (-39). “Neftçi” – 71,6
1224 (-60). “Sumqayıt” – 68,9
1271 (-9). “Şamaxı” – 68,5
1409 (+26). “Araz-Naxçıvan” – 67,6
1652 (-172). “Səbail” – 66,3
2303 (-81). “Kəpəz” – 63,6
Dünya reytinqinə maksimum – 100 əmsalla “Mançester Siti” başçılıq edir. “Real” (99,5) ikinci, “İnter” (96,8) üçüncü sıradadır.