“Netflix” abunəçilərinin sayında kütləvi azalma baş verir.
Sfera.az “Bloomberg”ə istinadən xəbər verir ki, buna səbəb “Netflix”in sədri və direktoru Rid Hastinqsin ABŞ-də prezident seçkisində iştirak edən Kamala Harrisin kampaniyasına ianə etməsidir.
İanə xəbərləri yayıldıqdan sonra Donald Trampın tərəfdarları onlayn film platformasını baykota çağırıblar. Nəticədə abunəliyini ləğv edənlərin sayı üçqat çoxalıb.
Ülkər Abdurahmanlı