AZ

Con Kennedi sui-qəsdinə aid heç yerdə olmayan görüntülər üzə çıxdı: 110 min dollar... - VİDEO

Con Kennedinin qətli ilə bağlı heç vaxt görünməmiş görüntülər üzə çıxıb.

Azreform.info xarici KİV-ə istinadla xəbər verir ki, görüntülərdə 1963-cü ildə Dallasda çəkilmiş 8 mm-lik rəngli səssiz videoda prezident kortejinin şəhərdən keçməsi və Kennedinin vurulduqdan sonra sürətlə xəstəxanaya aparılması öz əksini tapıb.

Videonu həmin gün yük maşını sürücüsü Deyl Karpenter çəkib.

Yeni aşkarlanan bu görüntülər və əşyalar insanların hələ də Kennedi sui-qəsdi ilə maraqlandığını göstərir.

Con Kennedinin sui-qəsdindən maraqlı, indiyədək görülməmiş şəkillər hərracda 110 min dollara satılıb.
Bostonda yerləşən “RR Auction” tərəfindən təşkil edilən satışda filmin 100.000-150.000 dollar arasında satılacağı gözlənilirdi. Şirkət nümayəndəsi Bobbi Livinqston bildirib ki, təsvirlər Amerikanın ən faciəli günlərindən birinə bənzərsiz bir perspektiv təqdim edir və tarixçilər üçün yeni resurs yaradır.
Xatırladaq ki, Kennedinin qana bulaşmış uzun alt paltarı keçən ay 1 milyon dollara "eBay"də satışa çıxarılmışdı. Alt paltarındakı qan ləkələri Kennedinin budunun aşağı hissəsində yara olduğunu göstərir. Bu əşyalar 1998-ci ildə hərracda satılan iki cütdən biridir.

Qeyd edək ki, Con Fitscerald Kennedi ABŞ-nin 35-ci prezidenti olub. Kennedinin prezidentliyi dövründə Məxfi Xidmət təkcə Texasda Conu öldürməyə 34 cəhdi araşdırıb. Həmin ştatda mühafizəkar və ultrasağ qüvvələrin mövqeləri xeyli güclü idi. Dallas küçələrində Kennedinin şəkli və "xainliyə görə axtarılır" yazısı ilə plakatlar görünürdü, lakin 1964-cü ildə prezident seçkilərinə hazırlaşarkən Kennedi Texasa yola düşmüşdü, çünki bu ştatın səsləri seçkilərdə mühüm rol oynayır. 
1963-cü il noyabrın 22-də ("qara cümə") prezident təyyarəsi Dallasdakı Lavfild aeroportuna endi. Prezidentin mühafizəsi motorlaşdırılmış Dallas polis idarəsi dəstəsi, təhlükəsizlik xidməti avtomobili və Məxfi Xidmət agentlərindən ibarət idi. İsti havaya görə təhlükəsizlik agenti Louson "Linkolnun" orqanik şüşədən olan üstünü çıxarmağı qət edib.

Prezident avtomobilini soldan və sağdan cəmi dörd motosikletçi müşayiət edirdi, maşında isə iki Məxfi Xidmət agenti var idi. "Linkolnun" arxasınca səkkiz nəfər agentlə "Kadillak" gəlirdi. Buna baxmayaraq saat 12:30-da Kennediyə snayper tüfəngindən iki dəfə atəş açıldı, birinci mərmi onun boynuna, ikincisi isə başına dəydi. 

Kennedinin vəfatından sonra ABŞ Ali Məhkəməsinin sədri Erl Uorrenin rəhbərliyi altında yaradılmış komissiya (Uorren komissiyası) belə nəticəyə gəldi ki, prezidentin qatili Li Harvi Osvald tək hərəkət edib. Lakin növbəti araşdırmada Nümayəndələr Palatası qərara aldı ki, Kennedinin meyitinin yarılması standartlara uyğun şəkildə aparılmayıb.

Kennedinin ölümündən sonra beyni çıxarılmış və Milli Arxivdə saxlandıqdan bir müddət sonra yoxa çıxmışdır.

Billurə Yunus

Seçilən
60
50
azreform.info

10Mənbələr