Bu ilin avqust ayında Bakıda mənzillərin orta qiyməti iyul ayı ilə müqayisədə 2 % artıb.Elchi.az xəbər verir ki, bunu Report-a açıqlamasında “Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti” İctimai Birliyinin sədri Vüqar Oruc bildirib.Onun sözlərinə görə, ötən ilin eyni dövrünə nisbətən paytaxtda mənzillər 14 % bahalaşıb.“Bakının təkrar mənzil bazarında yeni tikililərdəki mənzillərin 1 kvadrat metrinin qiyməti ay ərzində 2,3 %, il ərzində 14,9 %, köhnə tikililərdəki mənzillərin 1 kvadrat metrinin qiyməti isə ay ərzində 1,7 %, il ərzində 11,3 % artım nümayiş etdirib. Bazarda təklif ay ərzində 1 %, il ərzində isə 18,4 % artıb.Ötən ay ilkin mənzil bazarında isə mənzillərin 1 kvadrat metrinin qiymətində əvvəlki ayla müqayisədə 1,9 %, ötən ilin eyni dövrünə nisbətən isə 15,7 % artım olub. Bazarda təklif ay ərzində 1,3 %, il ərzində isə 17,5 % artıb”, – deyə ekspert qeyd edib.Bundan başqa, V.Oruc deyib ki, avqustda kirayəyə verilən mənzillərin 1 kvadrat metrinin qiyməti iyulla müqayisədə 4 %, ötən ilin eyni dövrünə nisbətən isə 11,5 % artım nümayiş etdirib. Bazarda təklif ay ərzində 1 %, il ərzində isə 14,6 % artıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta