İsrail ordusu Livanla sərhədə yaxın üç yaşayış məntəqəsinin ərazisini qapalı hərbi zona elan edib.
Missiya.Az Report-a istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
“Vəziyyət qiymətləndirildikdən sonra İsrailin şimalındakı Metula, Misgav Ama və Kfar Giladi əraziləri qapalı hərbi zona elan edilib”, - məlumatda bildirilir.
Qərar İsrailin Livan ərazisində mümkün quru əməliyyatı gözləntiləri fonunda açıqlanıb.
Bundan əvvəl ABŞ Prezidenti Cozef Bayden Livanda "Hizbullah"a qarşı planlaşdırılan quru əməliyyatını dəstəkləməyəcəyini bildirmişdi.