Cənubi Afrika və Argentina arasında keçirilən reqbi matçından sonra şok hadisə yaşanıb.
Publika.az xəbər verir ki, bir neçə azarkeş meydana qaçıb. Onlardan biri uzun müddət stadionda qaçsa da, onu zərərsizləşdirmək mümkün olmayıb. Daha sonra əməkdaşlardan biri ona çataraq kürəyinə kəllə ilə zərbə endirib. Bu texnikadan sonra fanat huşunu itirib.
“The Sun”a bildirir ki, həkimlər ona yardım göstərməli olublar. Azarkeş özünə gəlib, onu xəstəxanaya aparmağa ehtiyac qalmayıb. Hadisə şahidlərinin sözlərinə görə, fanat sərxoş olub və özünə gələndən sonra pivəsini istəyib.