Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu layihəsi dünya üzrə İnnovativ inşaat metodologiyası nominasiyasında 1-ci yeri tutub. 2024-cü il Avropa və Mərkəzi Asiya Regional Mükəmməllik Mükafatlarına təqdim edilən Əhmədbəyli-Füzuli-Şuşa Avtomobil yolu layihəsi Beynəlxalq Yol Federasiyası (BYF Qlobal) tərəfindən İnnovativ İnşaat Metodologiyası kateqoriyasında qalib seçilib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına görə, bu nüfuzlu mükafatın qalibi hər biri yollar və nəqliyyat sektoru ekspertləri olan müstəqil beynəlxalq münsiflər heyəti, hakimlər və BYF Qlobalın könüllülər rəhbərliyi tərəfindən qiymətləndirilərək seçilib.