AZ

Dünyanın ən böyük elektrikli kranı təqdim edilib!

     6.000 ton qaldırma gücünə malik olan kran, böyük enerji və infrastruktur layihələrində istifadə edilmək üçün inşa edilib. Bundan əvvəlki ən böyük elektrikli kran, Konecranes şirkəti tərəfindən San Diego Limanında yerləşdirilmiş 400 tonluq Gottwald Generation 6 idi. Mammoet-in nəhəng kranı isə bundan tam 15 dəfə çox daşıma gücünə malikdir.     Mammoet, SK6000-in son illərdə sürətlə böyüyən dənizdəki külək stansiyalarındakı nəhəng türbinlərin quraşdırılması üçün ideal olduğunu deyir. 3.000 ton yükü 220 metr hündürlüyə qaldıra bilən SK6000, hazırda planlama mərhələsində olan külək stansiyalarının gələcəkdə təhlükəsiz şəkildə həyata keçirilməsini təmin edəcək. Bundan başqa, dənizdəki neft və qaz layihələri ilə yanaşı nüvə stansiyası layihələrində də istifadəsi mümkündür. SK6000 hazırda Hollandiyadakı Mammoet Westdorpe müəssisəsində test edilir və ilin sonrakı dövrlərində ilk layihəsinə hazır vəziyyətə gələcək.

Seçilən
38
technote.az

1Mənbələr