NATO-nun Baş katibi Yens Stoltenberq vəzifəsini tərk edib.
Medianews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o öz səlahiyyətlərini Niderlandın keçmiş Baş naziri Mark Rutteyə təhvil verib.
Qeyd edək ki, Norveçin keçmiş Baş naziri Stoltenberq 2014-cü ildən NATO-nun Baş katibi idi. Onun mandatı sentyabrın 30-u başa çatıb.
“Politico”nun məlumatına görə, Y.Stoltenberq Münhen Təhlükəsizlik Konfransının yeni sədri olacaq. O bu vəzifəni 2025-ci ilin fevralında keçiriləcək Münhen konfransından sonra icra edəcək.