Bakı. Trend:
Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) paytaxtdakeçirilən 29-cu İllik Konfransında iştirak edən beynəlxalq təşkilatvə xarici dövlətlərin nümayəndə heyətləri ilə silsilə görüşlərkeçirilir.
Bu gün Azərbaycan Respublikasının Baş prokuroru Kamran ƏliyevBəhreyn Krallığının Baş prokuroru Ali Bin Fadhel Al-Buainaininrəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Trend xəbərverir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, qoşulmama Hərəkatı təşkilatı çərçivəsində BəhreynKrallığı ilə əməkdaşlığın yüksək səviyyəyə çatdığını bildirən Başprokuror Kamran Əliyev iki ölkə arasında güclü siyasi və ticarətəlaqələrinin mövcudluğunu qeyd edib.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının TərəflərKonfransının 29-cu sessiyası - COP29-un ölkəmizdə keçirilməsinintarixi əhəmiyyətini vurğulayan Baş prokuror, COP29 zamanıAzərbaycan Respublikası Baş Prokurorluğunun Birləşmiş MillətlərTəşkilatının Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsi -UNODCilə birgə noyabrın 15-də “Gücləndirilmiş İqlim Fəaliyyəti üçünHüquq-mühafizə orqanlarının səfərbər edilməsi” adlı yüksəksəviyyəli plenar iclas təşkil etdiyini bildirərək qonaqlara dəvətməktubunu təqdim edib.
Azərbaycan Respublikası ilə Bəhreyn Krallığının prokurorluqorqanları arasında möhkəm əlaqələrin qurulduğuna nəzər salan KamranƏliyev təcrübə mübadiləsi, prokurorluq əməkdaşlarının ikitərəflisəfərlərinin əhəmiyyətindən bəhs edib.
Bəhreyn Krallığının Baş prokuroru səmimi qəbula görəminnətdarlığını ifadə edərək 1 oktyabr Azərbaycan Respublikasıprokurorluq işçilərinin peşə bayramı günü və prokurorluqorqanlarının yaranmasının 106-cı ildönümü münasibətilə Baş prokurorKamran Əliyevi təbrik edib, prokurorluq orqanlarında həyatakeçirilən islahatları, iki ölkənin prokurorluq orqanları arasındamövcud əlaqələri yüksək qiymətləndirib.
Tərəflər prokurorluqlarımız arasında hüquqi və institusionaləməkdaşlığın ikitərəfli və beynəlxalq platformalar çərçivəsindəgenişləndirilməsi perspektivləri barədə fikir mübadiləsi aparıblar.Cinayətkarlığa qarşı mübarizə, vətəndaşların hüquqlarınınqorunması, qarşılıqlı peşəkar səfərlər və təcrübə mübadiləsininəzərdə tutan əməkdaşlığın zərurəti qeyd olunub.
Daha sonra ölkələrimiz arasında hüquqi əməkdaşlığınmöhkəmləndirilməsi, mövcud əlaqələrin gələcəkdə daha daintensivləşdirilməsi məqsədilə Əməkdaşlığın inkişaf etdirilməsihaqqında Anlaşma Memorandumu imzalanıb.
Nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri davam edir.