Azərbaycan taekvondoçusu Vasif Səlimov Cənubi Koreyanın Çunçeon şəhərində keçirilən gənclərin dünya birinciliyində uğurla çıxış edib.
Azərbaycan Taekvondo Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, 63 kiloqram çəkidə mübarizə aparan təmsilçimiz yarışda bürünc medal qazanıb.
V.Səlimov Qırğızıstan, Vyetnam, Tayvan və Tailanddan olan rəqiblərinə qalib gəlsə də, bolqarıstanlı idmançıya məğlub olaraq 3-cü yeri tutub.