Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdir müavini Nizaməddin Babanlı vəzifəsindən uzaqlaşdırılıb.O, artıq bir neçə gündür bu vəzifəni icra etmir.Əldə etdiyimiz məlumata görə, o işində verdiyi nöqsanlara görə çıxarılıb.N.Babanlının vəzifəsindən azad edilməsini sözügedən regional təhsil idarəsindən News24.az-a təsdiqləyiblər. Amma səbəbi barədə məlumat verilməyib.Qeyd edək ki, Nizaməddin babanlı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin keçmiş rektoru Mustafa Babanlı və AMEA-nın müxbir üzvü Məhəmməd Babanlının qardaşıdır.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta