AZ

Neftçalada Prokurorluq işçilərinin peşə bayramı qeyd olunub - FOTO

Neftçala rayonunda1 oktyabr - Prokurorluq işçilərinin peşə bayramı günü və Azərbaycan prokurorluğunun yaranmasının 106-cı ildönümü qeyd olunub.

 

Modern.az xəbər verir ki, tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, məhkəmə sədrləri, hüquq-mühafizə orqanlarının rəhbərləri və prokurorluq orqanının əməkdaşları Ümummilli Lider Heydər Əliyevin Neftçala şəhərin Mərkəzində ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb və xatirəsinə ehtiramlarını bildiriblər.

 

Qeyd edək ki, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq təsis edib. Ümummilli Lider Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli Sərəncamı ilə milli prokurorluq orqanlarının yarandığı gün - oktyabr ayının 1-i prokurorluq işçilərinin peşə bayramı günü kimi təsis edilməklə qeyd olunmağa başlanılıb. Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident cənab İlham Əliyev tərəfindən 2003-cü ildən başlayaraq prokurorluğun fəaliyyəti müasir tələblər səviyyəsində yenilənib, maddi-texniki bazası möhkəmləndirilib və əməkdaşların hərtərəfli dövlət qayğısı ilə əhatə olunması məqsədilə zəruri tədbirlər görülüb.

Seçilən
56
3
modern.az

10Mənbələr