Kişilər arasında voleybol üzrə Azərbaycan çempionatına qayıdan “Xilasedici” heyətini 6 yeni oyunçu ilə gücləndirib.

Offsideplus.az xəbər verir ki, kluba əvvəllər Macarıstan çempionatında çıxış etmiş kubalı hücumçu Luis Rodriges, eləcə də Rusiyadan hücum oyunçuları - İvan Volodin və Aleksandr Popleteyev gəlib.

Onların hər ikisi ötən mövsümü Livanda keçirib.

Həmçinin, "Xilasedici" Azərbaycan millisinin voleybolçuları - blokçu Dmitri Baranov və libero Asif Əliyevlə də güclənib. Birinci İsrail "Hapoel"ində oynayıb, ikincisi isə əvvəllər "Xara Bülbül"ün şərəfini qoruyub.

Komandaya əvvəllər “Neftçi”nin formasını geyinən Mirhasil Seyidli də qoşulub.