AZ

“Nar” Beynəlxalq Jest Dili həftəsi çərçivəsində sağlamlıq imkanları məhdud şagirdlərlə görüşüb – FOTO

“Nar” sağlamlıq imkanları məhdud şəxslərə dəstəyini davam etdirərək “Karlara Dəstək” İctimai Birliyi ilə birgə Beynəlxalq Jest Dili həftəsində 3 nömrəli xüsusi internat məktəbinin şagirdləri ilə görüş keçirib. Tədbirdə “Nar”ın dəstəyi ilə hazırlanmış, inklüziv cəmiyyət qurmağa yönələn və beynəlxalq mükafata layiq görülmüş jestdili.az elektron jest dili lüğəti təqdim edilib.


Görüş zamanı nitq və eşitmə məhdudiyyətli şagirdlərlə yanaşı, onların məktəb yoldaşlarının da jestdili.az lüğətindən faydalanaraq bir-biri ilə daha rahat ünsiyyət qurmaları üçün saytın ümumi istifadəsi və rahat axtarış sistemi barədə ətraflı məlumat verilib. Müzakirə formatında keçən görüşdə məktəblilərin sualları cavablandırılıb.
Ölkənin ilk elektron jest dili lüğəti nitq və eşitmə məhdudiyyətli şəxslərin və onların yaxınlarının onlayn şəkildə istənilən yerdə və vaxtda Azərbaycan jest dilini tamamilə pulsuz öyrənməyə imkan verir. Daim təkmilləşdirilən elektron lüğət hazırda 4000-dən çox sözün və gündəlik həyatda ən çox istifadə edilən 500-dən artıq cümlənin video izahını təqdim edir. Qeyd edək ki, 2023-cü ildə Beynəlxalq İctimaiyyətlə Əlaqələr Assosiasiyası (IPRA) jestdili.az layihəsini əsas götürərək “Nar”ı ən yaxşı korporativ məsuliyyət kateqoriyasında birinci yerə layiq görüb.
“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərməkdədir və son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

Seçilən
54
27
avropa.info

10Mənbələr