Fins.az xəbər verir ki, 4-6 oktyabr tarixlərində keçiriləcək Azərbaycan Premyer Liqasının IX turu üçün hakim təyinatları müəyyən edilib.
4 oktyabr tarixində Tovuzda “Kəpəz” və “Neftçi” komandaları arasında keçiriləcək matçı Rəşad Əhmədov idarə edəcək.
5 oktyabrda “Səbail” - “Şamaxı” görüşünü Əliyar Ağayev, “Sabah” - “Araz-Naxçıvan” matçını isə Cavid Cəlilov idarə edəcək.
6 oktyabrda Tovuzda “Turan Tovuz” - “Zirə” qarşılaşması Rəvan Həmzəzadənin rəhbərliyi altında keçiriləcək, “Sumqayıt” - “Qarabağ” oyununu isə Elçin Məsiyev idarə edəcək.
Hər iki günün matçlarında VAR sistemindən istifadə ediləcək.
Təyinatlar:
-
4 oktyabr, 17:00: “Kəpəz” – “Neftçi”
- Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Zöhrab Abbasov, Əli Əliyev
- VAR: Nicat İsmayıllı
-
5 oktyabr, 17:00: “Səbail” – “Şamaxı”
- Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elvin Bayramov
- VAR: İnqilab Məmmədov
-
5 oktyabr, 19:30: “Sabah” – “Araz-Naxçıvan”
- Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Rauf Allahverdiyev
- VAR: Rauf Cabarov
-
6 oktyabr, 17:45: “Turan Tovuz” – “Zirə”
- Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əkbər Əhmədov
- VAR: İnqilab Məmmədov
-
6 oktyabr, 20:00: “Sumqayıt” – “Qarabağ”
- Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamran Əliyev
- VAR: Tural Qurbanov
Zemfira Ms
Fins.az