AZ

Putin Rusiya ilə Çin arasında münasibətlərin inkişafından əmindir

Rusiya prezidenti Vladimir Putin bildirib ki, Moskva və Pekin ikitərəfli münasibətləri gücləndirməyə və dünya təhlükəsizliyini qorumağa kömək etməyə davam edəcək.

Editor.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Mərkəzi Televiziyası məlumat yayıb. Dövlət başçısı Çin Xalq Respublikasının lideri Si Cinpinə Moskva ilə Pekin arasında diplomatik münasibətlərin qurulmasının 75-ci ildönümü münasibətilə təbrik məktubu göndərib. O, gələcəkdə Rusiya Federasiyası və Çinin ikitərəfli sazişləri tam şəkildə həyata keçirəcəyinə əminliyini ifadə edib. “Əminəm ki, tərəflər yeni dövrdə Rusiya-Çin hərtərəfli strateji əməkdaşlıq və tərəfdaşlığı gücləndirməyə, həmçinin Avrasiyada və bütün dünyada təhlükəsizlik və sabitliyi təşviq etməyə davam edəcəklər”,- deyə o bildirib. O, həmçinin qeyd edib ki, Rusiya Federasiyası ilə ÇXR arasında əməkdaşlıq zamanın sınağından çıxıb.

Rusiya liderinin sözlərinə görə, iki dövlət arasında qarşılıqlı əlaqə hazırda tarixin ən yüksək səviyyədədir.

//Gülnarə Abasova, Editor.az

Seçilən
130
50
editor.az

10Mənbələr