AZ

Keçmiş vəzifəli şəxsə qarşı dələduzluq edən sabiq icra məmuru azadlığa buraxıldı

Suraxanı Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən Ceyhun Məlikovun (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

İqtisadiyyat.az Pravda.az-a istinadən xəbər verir ki, hakim Ünsüyyət Mirzəyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 1 il 5 ay 10 gün müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhrum edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinə dəyişdirilib və o, dərhal məhkəmə iclas zalından həbsdən azad olunub.

İttihama görə, Ceyhun Məlikov qonşusu, zərərçəkmiş Əlövsət Quliyevin (soyadı şərti) etibarından sui-istifadə edərək ona qarşı dələduzluq edib.

Belə ki, o, zərərçəkmişin həyat yoldaşını Bakı şəhərində ibtidai sinif müəlliməsi kimi işə bərpa olunması üçün maneəsiz imtahandan keçirəcəyinə yalandan vəd verib. Ceyhun bu adla ondan 23 iyul 2022-ci il tarixdə Suraxanı rayonu ərazisində yerləşən kafedə 12500 manat məbləğində pulu dələduzluq yolu ilə ələ keçirib.

Daha sonra Ceyhun Məlikov verdiyi vədə əməl etməyib və zərərçəkmişin şikayəti əsasında saxlanılıb.

Qeyd: Ceyhun Məlikov ifadəsində bildirib ki, Bakıda 2010-cu ildən 2021-ci ilin oktyabr ayına kimi icra məmuru kimi işləyib. Əlövsət Quliyev isə dindirilərkən söyləyib ki, 1994-cü ildən 2015-ci ilə kimi Nizami RPİ-nin PPX-də polis nəfəri vəzifəsində çalışıb. 2015-ci ilin aprel ayından isə təqaüdə çıxıb. 

Seçilən
34
1
iqtisadiyyat.az

2Mənbələr