AZ

Günəşə ən yaxın olan ulduzun ətrafında yeni bir planet kəşf edilib!

     Barnard ulduzu, Yer kürəsindən təxminən 6 işıq ili uzaqlıqda yerləşən qırmızı cırtdan ulduzudur. Avropa Cənub Rəsədxanasının Böyük Teleskopu ilə aparılan 5 illik müşahidələr nəticəsində, bu ulduzun ətrafında "Barnard b" adlandırılan bir planet tapılıb. Barnard b, əsas ulduzuna Merkuri planetinin Günəşə olan məsafəsindən təxminən 20 dəfə daha yaxın bir orbitdə fırlanır. Öz ulduzunun ətrafında cəmi 3 gündən bir qədər çox müddət ərzində dövr etdiyi üçün səthinin təxminən 125°C temperaturda olduğu müəyyən edilib.     Tədqiqatçılar, eyni zamanda Barnard ulduzunun ətrafında ən azı 3 potensial ekzoplanet namizədi də aşkar ediblər. Lakin bu namizədlərin həqiqətən planet olub-olmadığını öyrənmək üçün daha çox müşahidə aparmaq lazımdır.

Seçilən
71
technote.az

1Mənbələr