Akademiklər Telman Əliyev, Adil Qəribov, Yaqub Mahmudov və Möhsün Nağısoylu AMEA prezidentinin müşaviri vəzifəsinə təyin olunublar. Bu barədə AMEA-nın prezidenti İsa Həbibbəyli bu gün keçirilən iclas zamanı bildirib.
O qeyd edib ki, Telman Əliyev süni intellekt, rəqəmsal inkişaf və innovasiya məsələləri üzrə, Adil Qəribov texnologiya, Yaqub Mahmudov ictimai elmlər, Möhsün Nağısoylu isə dilçilik və şərqşünaslıq məsələləri üzrə AMEA prezidentinin müşaviri vəzifələrinə təyin ediliblər.
www.anews.az