AZ

FHN-in Gəncə Regional Mərkəzi mülki müdafiə məşqi keçirib (FOTO/VİDEO)

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyi Gəncə Regional Mərkəzinintəşkilatçılığı ilə Şəmkir rayon hərbiləşdirilməmiş ərazi mülkimüdafiə qüvvələri ilə xəbərdarlıq və toplanış üzrə mülki müdafiəməşqi keçirilib.

Trend xəbərverir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumatyayıb.

Bildirilib ki, “Fövqəladə hadisələr zamanı hərbiləşdirilməmişərazi mülki müdafiə qüvvələrinin xəbərdarlıq toplanışı siqnalı üzrəfəaliyyəti” mövzusunda keçirilən tədbirə Gəncə Regional Mərkəzininşəxsi heyəti və texnikası, Şəmkir Rayon İcra Hakimiyyətinin Mülkimüdafiə qərargahı, Fövqəladə Hallar Komissiyası və ərazi mülkimüdafiə qüvvələrinin şəxsi heyəti cəlb edilib.

Məşqin keçirilməsində məqsəd ərazi mülki müdafiə qüvvələrininfövqəladə hallara operativ reaksiyavermə hazırlığı səviyyəsininyoxlanılması və böhran vəziyyətlərində birgə fəaliyyətlərinuzlaşdırılması, komandir-rəis heyətinin idarəetmə sahəsində bilikvə bacarıqlarının təkmilləşdirilməsi, şəxsi heyətə xəbərdarlıqtoplanışı üzrə əməli vərdişlərin aşılanması olub.

Tədbir zamanı hərbiləşdirilməmiş ərazi mülki müdafiədəstələrinin fövqəladə hal barədə xəbərdar edilməsi, xəbərdarlıqtoplanışı siqnalı ilə qaldırılması, toplanma məntəqəsinə yürüş,toplanış və idarəetmənin təşkili üzrə fəaliyyətləri yoxlanılıb,həmçinin funksional vəzifələrlə bağlı məruzələr dinlənilib.

Tədbirdə FHN-in Gəncə Regional Mərkəzinin rəisi polkovnik ElnurMəhərrəmov, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyevçıxış edərək, ərazi mülki müdafiə dəstələri ilə xəbərdarlıq vətoplanış üzrə məşqin vacibliyini diqqətə çatdırıb, bu cürtədbirlərin əhəmiyyətindən danışıblar.

Sonda məşqin təhlili aparılaraq çatışmazlıqlar diqqətəçatdırılıb, müvafiq tapşırıqlar verilib.

FHN-in
FHN-in
FHN-in
FHN-in
FHN-in
FHN-in
FHN-in
Seçilən
22
30
az.trend.az

10Mənbələr