AZ

OPEC neftin qiymətinin 50 dollara düşəcəyi ilə bağlı iddiaları rədd edib

“The Wall Street Journal”ın Səudiyyə Ərəbistanının energetika naziri Əbdüləziz bin Salman Əl-Səudun OPEC+ üzvlərini alyansın razılaşmalarına əməl edilmədiyi təqdirdə neftin qiymətinin 50 dollar/barelə enə biləcəyi ilə bağlı xəbərdar etdiyi barədə iddiaları tamamilə əsassızdır.

“Report” xəbər veirr ki, bu barədə OPEK “X”də məlumat yayıb.

OPEC həmçinin vurğulayıb ki, keçən həftə Amerika nəşrinin yazdığı heç bir videokonfrans və ya OPEC plusun çağırışı olmayıb.

Təşkilat əlavə edib ki, monitorinq komitəsinin bugünkü iclasından əvvəl OPEC+un sonuncu iclası sentyabrın 5-də baş tutub.

“Anonim mənbələrlə əlaqəli şübhəli iddialar heç bir etibarlılığa malik deyil və tamamilə uydurmadır”, - bəyanatda vurğulanıb.

Seçilən
96
5
far.az

10Mənbələr