Energetika naziri Pərviz Şahbazov Avropa İttifaqının energetika məsələləri üzrə komissarı ilə görüşüb.
"Operativ Media" xəbər verir ki, bu barədə nazir öz "X" hesabında paylaşım edib.
"Braziliyada Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simsonla təbii qaz təchizatı və yaşıl enerjinin tədarükü layihələri, həmçinin COP29 üzrə əməkdaşlığımızı dəyərləndirdik.
COP29-un enerji təşəbbüsləri, “Enerji Günü”nə planlaşdırılan tədbirlər, Aİ-nin iştirakı ilə Xəzər Qaradəniz Avropa Yaşıl Enerji Dəhlizınə həsr olunmuş yüksək səviyyəli toplantıda layihənin texniki-iqtisadi əsaslandırmasının ilkin təqdimatı və gələn il PMI statusuna müraciətlə bağlı fikir mübadiləsi apardıq", - nazir qeyd edib.