AZ

ABŞ-də "Helen" qasırğası: Minlərlə insan susuz qaldı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ-də "Helen" qasırğası Aşvil şəhərinin (Şimali Karolina) su təchizatı sistemlərini sıradan çıxarıb və nəticədə 100 minə yaxın insan təmiz sudan məhrum olub.
Bu barədə Oxu.Az "Axios" portalına istinadən xəbər verir.
Portalın məlumatına görə, Aşvilin 100 minə yaxın sakini hələ həftələrlə təmiz susuz qala bilər. Eyni zamanda, qasırğadan sonra sel sularının çəkilməsi kif, mədə-bağırsaq xəstəlikləri və susuzlaşdırma riskləri yaradır. Ştat rəhbərliyi su təchizatının bərpası üzərində işləyir, əhaliyə suyun ciddi şəkildə qaynadılması və təmizlənməsi qaydalarına riayət etmək tövsiyə olunub.
Xatırladaq ki, daha əvvəl "Helen" qasırğası nəticəsində ABŞ-də ölənlərin sayının 175-ə çatdığı bildirilmişdi. Ən çox qurbanların sayı isə Şimali Karolina ştatında 90 nəfər olaraq qeydə alınıb. Cənubi Karolina ştatında 36, ​​Corciya ştatında 25, Floridada 14, Tennessidə 8, Virciniyada iki nəfər həyatını itirib.
"Moody's Analytics" maliyyə şirkətinin ekspertlərinin fikrincə, "Helen" qasırğasının iqtisadi ziyanı təxminən 34 milyard dollar təşkil edəcək.
Seçilən
121
50
oxu.az

10Mənbələr