AZ

Pişiklərə yem vermək üstündə qonşu qadını DÖYDÜ

Nizami Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərərvurmada təqsirləndirilən Aygün Məmmədovanın (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Milli.Az pravda.az-a istinadən bildirir ki, hakim Rauf Əhmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Aygün Məmmədova bir il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum olunub.

İttihama görə, hadisə 2023-cü il yanvarın 13-də, saat 21 radələrində Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 65 saylı binanın girişinin ikinci mərtəbəsində qeydə alınıb.

Belə ki, 2005-ci il təvəllüdlü Aygün Məmmədova qonşusu Günay Səmədova (şərti) ilə mübahisə edib. Mübahisəyə səbəb isə Günayın ona binanın girişində pişiklərə yemək verməsinə irad bildirməsi olub. Bu zaman Aygün həmin qızın üzərinə hücum etmək istəyib. Bunu görən Günayın anası, zərərçəkmiş Nisə Səmədova (şərti) təqsirləndirilən şəxsi tutub. Sonra o, ayaq və əli ilə zərərçəkmiş şəxsin hər iki ayaq nahiyələrinə qəsdən bir neçə dəfə vuraraq ona xəsarət yetirib.

Hadisədən sonra Aygün Məmmədova saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
127
3
milli.az

10Mənbələr