Dehlidəki Cəvahirləl Nehru Universitetinin rektoru, Hindistan XİN başçısının sabiq müavini (2002-2003) və bu ölkənin Rusiyadakı keçmiş səfiri (2004-2007) Kanval Sibal Rusiya-Ukrayna müharibəsini şərh edib.
Modern.az xəbər verir ki, o, "Kommersant"a müsahibə verib.
“Vəziyyət yetişib, bütün bunlar təsadüfən yaranmayıb. Biz görürük ki, Ukraynadakı münaqişə getdikcə daha təhlükəli miqyas alır”, - diplomat bildirib.
Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. Krım isə 2014-cü ildə ilhaq olunub.