"İçərişəhərə sakinlərdən başqa digər şəxslərin avtomobillə girişinin qadağan olunması doğru qərardır, çoxdan atılmalı addımdır, dəstəkləyirəm".
"Unikal" xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli deyib. O bildirib ki, tarixi abidələrə əlavə yük düşməsin deyə İçərişəhərə kənar avtomobillərin girişinə qoyulan qadağa doğru qərardır:
"Amma burada bir məsələni öncədən həll etmək lazımdır. İndidən İçərişəhərdə fəaliyyət göstərən kiçik-orta sahibkarlıq obyektlərinə, mağaza, kafe və otellərə ziyan dəyməsin deyə onların təhcizatını həyata keçirən avtomobillərə giriş icazəsi verilməlidir. Amma təchizatçı şirkətlər də İçərişəhərin özəlliyini nəzərə alıb o bölgədə çalışmaq üçün daha kiçikhəcmli yük maşınlarından istifadə etməlidirlər. İçərişəhərin turizm obyektlərinin təchizatı problemə çevrilsə, həm ziyana düşəcəklər, həm də çoxsaylı turistləri qonaqlamaq işi axsayacaq".