AZ

ABŞ-ın dövlət borcu rekord həddə artdı - MƏBLƏĞ

Yeni maliyyə ili başlayan kimi ABŞ-ın dövlət borcu rekord həddə - 347,6 milyard dollar artıb. 

Valyuta.az bu barədə ABŞ Maliyyə Nazirliyinin məlumatlarına istinadən xəbər verir.

ABŞ-da federal hökumətin maliyyə ili oktyabrın 1-dən sentyabrın 30-dək davam edir. Belə ki, ötən bazar ertəsi Amerikanın borcu 143,3 milyard dollar, yeni ilin ilk günündə isə oktyabrın 1-də daha 204,3 milyard dollar artıb və nəticədə ABŞ-ın dövlət borcunun həcmi rekord həddə - 35,67 trilyon dollara çatıb.

"RİA Novosti" qeyd edir ki, maliyyə ilində baş verən dəyişiklik ABŞ-ın dövlət borcu tarixində ən bahalı olub. 2023-cü ildə maliyyə ilinin əvvəlindən dövlət borcunun artması iki gündə 315,7 milyard dollar, 2022-ci ildə isə 252,5 milyard dollar təşkil edib.

Avqust ayında "Fox Business" Konqresin Büdcə Bürosunun məlumatlarına istinad edərək, ABŞ-ın dövlət borcunun növbəti onillikdə 54 trilyon dollara çata biləcəyini yazmışdı. Materialın müəllifləri qeyd ediblər ki, bu borc reallaşarsa, ABŞ-ın dünya səhnəsindəki statusunu təhlükə altına salacaq.

2023-cü ilin yayında Amerikanın dövlət borcu tarixdə ilk dəfə olaraq 35 trilyon dolları ötüb ki, bu da ümumi qlobal borcun təxminən üçdə birini təşkil edir. İqtisadçılar etiraf edirlər ki, ABŞ iqtisadiyyatı 2024-cü ilin sonuna qədər tənəzzülə uğraya bilər.

Paşa Məmmədli

Seçilən
99
3
valyuta.az

10Mənbələr