Bu gün Avropa Liqasında Liqa mərhələsinin II turunun oyunları keçirilir.
Apasport.az xəbər verir ki, Türkiyə təmsilçiləri də növbəti oyunlarına bu gün çıxacaq.
Türk komandaları adına ilk matç Latviyada baş tutub. "Qalatasaray" "RFŞ" komandasının qonağı olub.
"Aslanlar" 2:0 önə keçdiyi qarşılaşmada hesabı qoruyub saxlaya bilməyib. Öz qapısında da 2 top görən "cimbom" 2 xalı Latviyada qoyub (2:2).
Günün digər matçlarında isə “Fənərbaxça” Niderlandda “Tvente”nin qonağı olacaq. “Beşiktaş” isə azarkeşləri önündə “Ayntraxt”ı qəbul edəcək.
UEFA Avropa Liqası
Liqa mərhələsi, II tur
3 oktyabr
20:45 "Ferentsvaroş" (Macarıstan) – "Tottenhem" (İngiltərə) 1:2
20:45 "Hoffenhaym" (Almaniya) – "Dinamo Kiyev" (Ukrayna) 2:0
20:45 "Latsio" (İtaliya) – "Nitsa" (Fransa) 4:1
20:45 "Makkabi" (Təl-Əviv, İsrail) – "Midtyülland" (Danimarka) 0:2
20:45 "Olimpiakos" (Yunanıstan) – "Braqa" (Portuqaliya) 3:0
20:45 RFŞ (Latviya) – "Qalatasaray" (Türkiyə) 2:2
20:45 "Slaviya" (Çexiya) – "Ayaks" (Niderland) 1:1
20:45 "Real Sosyedad" (İspaniya) – "Anderlext" (Belçika) 1:2
20:45 "Qarabağ" (Azərbaycan) – "Malmö" (İsveç) 1:2
23:00 "Tvente" (Niderland) – "Fənərbaxça" (Türkiyə) 0:1
23:00 "Beşiktaş" (Türkiyə) – "Ayntraxt" (Frankfurt, Almaniya) 0:2
23:00 "Elfsborq" (İsveç) – "Roma" (İtaliya) 0:0
23:00 "Atletik" (İspaniya) – "Alkmaar" (Niderland) 0:0
23:00 "Portu" (Portuqaliya) – "Mançester Yunayted" (İngiltərə) 2:2
23:00 PAOK (Yunanıstan) – "Styaua" (Rumıniya) 0:0
23:00 "Reyncers" (Şotlandiya) – "Lyon" (Fransa) 1:2
23:00 "Yunion" (Belçika) – "Bodo Qlimt" (Norveç) 0:0
23:00 "Viktoriya" (Çexiya) - "Lüdoqorets" (Bolqarıstan) 0:0
Konfrans Liqası: "Başakşehir" turnirə məğlubiyyətlə başladı - YENİLƏNİB
“Malmö”nün baş məşqçisi: “Qarabağ” “Sparta” və “Reyncers”dən güclü komandadır”
“Malmö”nün futbolçusu: “Bura əminliklə gəlmişik”
Çempionlar Liqası: “Borussiya”dan darmadağın, "Arsenal” PSJ-ni məğlub etdi - YENİLƏNİB
Avropa Liqası: "Qarabağ"ın legioneri liderdir