Koreya Xalq Demokratik Respublikasına (KXDR) hücum edilərsə, müdafiə tədbiri kimi nüvə silahından istifadə olunacaq.
Publika.az Koreya Mərkəzi Xəbər Agentliyinə (KCNA) istinadən xəbər verir ki, bu sözləri KXDR rəhbəri Kim Çen In bildirib.
Şimali Koreya lideri bildirib ki, hücum olarsa, ölkə öz suverenliyini qorumaq üçün bütün mövcud qüvvələrdən istifadə edəcək. Kim Çen In əlavə edib ki, bütün qüvvələrə həmçinin KXDR-in arsenalına malik olan nüvə silahları da daxildir.