AZ

Tramp prezident seçkilərində qalib gələrsə, Ukraynanın taleyi necə olacaq?

ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Trampın noyabrda keçiriləcək prezident seçkilərində qalib gələcəyi təqdirdə Ukraynanın süqutuna imkan verməyəcək.

Publika.az xəbər verir ki, bu sözləri Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson “The Daily Telegraph” qəzetinə müsahibəsində deyib. Consonun sözlərinə görə, Ukraynadakı münaqişə Avropada azadlıq və demokratiya üçün vacibdir. Onun fikrincə, Kiyev uduzarsa, tam bir fəlakət baş verəcək, və Tramp bundan xəbərdardır.

“Düşünmürəm ki, o, ikinci müddətə Amerikanı sarsılmaz edən deyil, Sovet İttifaqını yenidən sarsılmaz edən adam kimi tarixə düşmək istəyir”, - Böyük Britaniyanın keçmiş baş naziri vurğulayıb.

Seçilən
70
1
publika.az

10Mənbələr