İsrail Hərbi Hava Qüvvələrinin təyyarələri Beyrut Beynəlxalq Hava Limanına bitişik Leylaki məhəlləsinə 20-yə yaxın zərbə endirib.
Herbiand.az xəbər verir ki, bu barədə hadisə şahidi “RİA Novosti”yə bildirib.
“Beyrutun cənub ətraflarında yerləşən Leylaki bölgəsinə 20-yə yaxın hava zərbəsi endirilib”.
Bundan əvvəl İsrail aviasiyası Livan paytaxtının cənub ətrafını yenidən bombalamağa başlayıb, bir neçə məhəllədə yaşayış binalarına zərbələr endirib.
“Axios” saytının İsrail rəsmilərinə istinadən verdiyi məlumata görə, İsrailin cümə gecəsi Beyruta endirdiyi zərbənin hədəfi Livan Hizbullah şiə hərəkatının mərhum baş katibi Həsən Nəsrullahın varisi hesab edilən əmisi oğlu olub.