AZ

İlon Mask gizli şəkildə respublikaçılara on milyonlarla dollar bağışlayıb – WSJ


Amerikalı milyarder İlon Mask 2024-cü ilin yayında ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Trampı dəstəkləyən fondunun açıldığını elan etməmişdən əvvəl gizli şəkildə Respublikaçılar Partiyasına on milyonlarla dollar ianə edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) qəzeti mənbələrə istinadla məlumat yayıb.
Nəşr qeyd edib ki, Maskın ictimaiyyətə açıqlanmayan ianələri göstərir ki, 2024-cü ildə sürətli siyasi transformasiyaya məruz qalan sahibkar Respublikaçıların işlərinin və namizədlərinin maliyyələşdirilməsində mühüm qüvvə olub.
Nəşr vurğulayıb ki, 2022-ci ilin payızında, aralıq seçkilər ərəfəsində Mask müəyyən ştatlarda Demokrat Partiyasının namizədlərinə hədəf alan kampaniyaya 50 milyon dollardan çox ianə verib.
2023-cü ildə sahibkar Florida qubernatoru Ron DeSantisin kampaniyasına 10 milyon dollar bağışlayıb.
Mənbələr iddia edib ki, Respublikaçılar Partiyasının məsləhətçiləri və hüquqşünasları bunun üçün “Signal” messencerindən istifadə edərək Maskın bu maliyyə əməliyyatlarında iştirakını gizlətməyə kömək ediblər.
Qeyd edək ki, Mask iyul ayında Trampa qarşı sui-qəsd cəhdindən sonra seçki mübarizəsində onu açıq şəkildə dəstəkləməyə başlayıb. Daha sonra Tramp, sahibkarın sözlərinə görə, 1 milyarddan çox baxış toplayan “X” saytında Maska müsahibə verib.
Seçilən
84
20
yeniavaz.com

10Mənbələr