AZ

Mask Trampın mitinqində Baydeni ƏLƏ SALDI -"Bir prezidentimiz var idi..."

Amerikalı milyarder və sahibkar Elon Mask Pensilvaniyada Respublikaçıların seçki mitinqində ABŞ prezidentliyinə namizəd Donald Tramp və hazırkı dövlət başçısı Co Baydeni müqayisə edərək, sonuncunu ələ salıb.

OXU24.COM  xəbər verir ki, bu barədə "The Hill" yazır.

“İnsanın xarakterinin əsl sınağı onun atəş altında necə davranmasıdır. Bir pilləkəni qalxa bilməyən bir prezidentimiz var idi, digəri isə vurulduqdan sonra yumruqlarını yelləyirdi", - Mask deyib.

Qeyd edək ki, oktyabrın 5-dən 6-na keçən gecə Donald Tramp iyul ayında həyatına sui-qəsdin baş verdiyi Batler şəhərində (Pensilvaniya) mitinq keçirib. Tədbirdə İlon Mask da iştirak edib.

"New York Times" Trampın çıxışından əvvəl tədbirdə təhlükəsizlik tədbirlərinin gücləndirildiyini yazıb. Qəzet qeyd edib ki, bu yolla təhlükəsizlik rəsmiləri iyul ayında siyasətçiyə sui-qəsdi mümkün edən problemləri düzəltməyə çalışırlar.

İyulun 13-də Trampın Pensilvaniya ştatında seçicilər qarşısında çıxışı silah səsləri ilə kəsilib. 20 yaşlı Tomas Metyu Kruks təhlükəsizlik zonasının perimetrindən kənarda yerləşən binanın damından atəş açıb. Güllələrdən biri Trampın qulağına dəyib və o, ABŞ Məxfi Xidmətinin əməkdaşları tərəfindən aradan götürülüb. Eks-prezidentdən başqa 3 nəfər yaralanıb, onlardan birini xilas etmək mümkün olmayıb. Atıcı məhv edilib və ondan yarı avtomatik AR-15 tüfəngi aşkar edilib.

Seçilən
98
3
oxu24.com

10Mənbələr