Xəbər verdiyimiz kimi, oktyabrın 2-si Sabunçu rayonu ərazisində yetkinlik yaşına çatmayan R.B. (şərti) bıçaqlanaraq qətlə yetirilib.
Adalet.az-ın məlumatına görə, yetkinlik yaşına çatmayan K.N-nin (şərti) rayonun Zabrat qəsəbəsi ərazisində aralarında yaranmış mübahisə zamanı bıçaqla bud nahiyəsinə xəsarət yetirməsi nəticəsində R.B-nin (şərti) müalicə aldığı xəstəxanada ölüb. K.N. saxlanılıb.
Qeyd edək ki, qətlə yetirilən şəxs Sabunçu rayonu 71 saylı məktəbin 11-ci sinif şagirdidir. Hadisəni törədən şəxs isə məktəbli deyil, ötən il lX sinifdən sonra təhsilini davam etdirməyib.