İsrail Müdafiə Qüvvələri (IDF) Livandan ölkənin şimalına atılan iki mərmini zərərsizləşdirib.
News365.az xəbər verir ki, bu barədə IDF-in mətbuat xidməti məlumat yayıb.
"Saat 10:52-də Vadi Ara, Hayfa və Karmel bölgələrində hava həyəcanı siqnalı işə düşdükdən sonra Livandan iki mərminin atıldığı qeydə alınıb. Mərmilər zərərsizləşdirilib. Zərərçəkənlər barədə məlumat daxil olmayıb", - məlumatda bildirilib.