AZ

Bank of Baku əmanət faizini 12%-dək yüksəltdi

Bank of Baku manat əmanətləri üzrə faiz dərəcələrini daha da artıraraq müştərilərə yüksək gəlir əldə etmək fürsəti yaradıb.

Belə ki, Bank AZN valyutalı “Dinamik” əmanət məhsulunda 12 ay və daha yuxarı müddətlər üçün faiz dərəcələrini 12%-dək artırıb. Bu artım əmanət gəlirinin həm aylıq, həm də müddətin sonunda ödənildiyi hallar üçün keçərlidir.

Əmanət gəliri müştəriyə aylıq olaraq ödənilərsə,

  • bu halda faiz dərəcələri 12 ay üzrə 10.5%, 18 ay üzrə 11%, 24 və 36 ay üzrə isə 11.5%;

Gəlir faizləri müddətin sonunda hesablandığı halda isə,

  • faiz dərəcələri 12 ay üzrə 11%, 18 ay üzrə 11.5%, 24 və 36 ay üzrə 12% olacaq.

Bank of Baku-da AZN valyutasında yerləşdirilən yeni əmanətlərdə, eləcə də prolonqasiya edilən əmanətlərdə artım etmək mümkündür. Müddəti 12 aydan çox olmayan əmanətlərdə əmanət məbləği əmanət müddətinin yarısınadək istənilən məbləğdə artırıla bilər. Prolonqasiya olunduğu halda isə prolonqasiya müddətinin yarısınadək istənilən məbləğdə artım etmək olar. Müddəti 12 aydan çox olan əmanətlərdə isə müəyyən şərtlər daxilində əmanətin artırılması mümkündür. Ətraflı: www.bankofbaku.com/az/emanetler/dinamik-emanet)

Ən sərfəli kredit üçün müraciət et

Seçilən
82
20
banco.az

10Mənbələr