AZ

Fransada solçu deputatlar yeni Baş nazirə qarşı

Fransa parlamentinin solçu Yeni Xalq Cəbhəsi bloku yeni Baş nazir Mişel Barnyeyə etimadsızlıq votumu irəli sürüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “France-Press” agentliyi məlumat yayıb.

Blok bəyan edib ki, yeni hökumətin mövcudluğu öz tərkibinə və istiqamətlərinə görə qanunvericilik orqanına son seçkilərin nəticələrinə ziddir.

Sol koalisiyaya daxil olan 192 deputatın irəli sürdüyü təşəbbüsə oktyabrın 8-də Milli Assambleyada baxılacağı bildirilir. Marin Le Penin sağçı Milli Birlik Partiyasının parlament fraksiyası onu dəstəkləmək niyyətində olmadığı üçün etimadsızlıq səsverməsinin qəbul olunma şansı azdır. Baş nazirin və kabinetinin istefaya göndərilməsi üçün petisiya parlamentdə səs çoxluğu qazanmalıdır.

Xatırladaq ki, iyulda keçirilən növbədənkənar parlament seçkilərində sol blok 577 mandatdan 182-ni əldə edib. Emmanuel Makronun “Respublika naminə birlikdə” koalisiyası Milli Assambleyada 168 yer qazanaraq ikinci olub. Milli Birlik Partiyası respublikaçı müttəfiqləri ilə birlikdə 143 mandat əldə edərək parlamentdə üçüncü qüvvə təşkil edib. Beləliklə, heç bir siyasi qüvvə yeni hökuməti formalaşdırmaq üçün lazımi səs çoxluğu qazana bilməyib.

Seçilən
59
3
bakivaxti.az

10Mənbələr