Qarabaşaq yarması hər zaman ən faydalı təbii qidalardan sayılıb.
News365.az xəbər verir ki, daha çox pəhriz məhsulu sayılan qarabaşağın aclığı tez aradan qaldırdığı, uzun zaman tox saxladığı və bununla da artıq çəkinin, yağların itirilməsinə kömək etdiyi çoxlarına məlumdur.
Bundan əlavə, qarabaşaq bir çox vitaminlərlə zəngindir. Amma son məlumatlara görə, həkimlər onun istifadəsinə əks göstərişlərin olduğunu açıqlayıblar.
Həkimlərin fikrincə, çox faydaları olan qarabaşaq həddən artıq yeyilərsə, sağlamlıq üçün təhlükə yaradır. Bu qidadan sui-istifadə bəzi sağlamlıq problemlərini təhdid edir.
Qarabaşağın tərkibində çox miqdarda nişasta və zülal var ki, bu da allergiyanın, habelə mədə-bağırsaq xəstəliklərinin inkişafına səbəb ola bilər. Bu baxımdan həzm problemi yaşayan insanlara bu məhsuldan imtina etsə, daha yaxşı olar. Və ən əsası qarabaşağı düzgün bişirmək vacibdir. Onu dərhal qaynatmaq deyil, üzərinə qaynar su töküb, bir gecə isladıb sonra bişirmək lazımdır. Bu vəziyyətdə qarabaşaq yarmasında olan zərərli maddələr itir.
Hamilə qadınlara və yüksək qan təzyiqi olanlara isə ümumiyyətlə, bu məhsulu yeməmək tövsiyə edilir.