Canluici Buffonun həyatında növbəti əlamətdar hadisə baş verib. İtaliya yığmasının sabiq qapıçısı ikinci dəfə ailə həyatı qurub.
46 yaşlı keçmiş futbolçu televiziya aparıcısı və şərhçisi 51 yaşlı İlaria Damiko ilə evlənib.
Toy mərasimində sabiq futbolçulardan Andrea Barzalyi, Corco Kyellini və Leonardo Bonuççi iştirak edib. Qonaqlar arasında Damikanın yaxınlarından məşhur aktrisa Monika Belluççi də olub.
Qeyd edək ki, 10 ildi birgə olan cütlüyün bir övladı var. Canluicinin bundan öncə çex model Alena Seredova ilə 8 il evli olduğunu da xatırladaq.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta